Ceceli keçmiş xanımının yayılan videosundan danışdı

ceceli-kecmis-xaniminin-yayilan-videosundan-danisdi
Oxunma sayı: 2492

Türkiyəli məşhur müğənni Mustafa Ceceli keçmiş xanımı Sinem Gedikin müğənni İntizarla münasibətdə olması bağlı yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, oğlunun valideynlik hüququnu geri almaq üçün Sinemlə İntizarın görüntüləri yaymaq ittiham olunan müğənni ilk dəfə danışıb:

“İnsanların şəxsi seçimi məni maraqlandırmır. Məni övladımın psixoloji vəziyyəti, aldığı travmalar maraqlandırır. Bu səbəblə 3 iyul tarixində şoka düşdüyüm vəziyyətlə bağlı məhkəməyə müraciət etdim. Bu, boşanma travması deyildir. Boşanmadan əvvəl başlanan və hələ də davam edən münasibətdir. 

Övladımın belə ortamlarda olmasını istəmirəm. Həmin görüntülər məhkəməyə təqdim edilib. Təhqir, tənqid və böhtanların heç biri uşağımın mənə danışdıqlarından önəmli deyil.  Kiminsə evinə girib kamera yerləşdirməmişəm. Həmin videolar naməlum şəxslər tərəfindən “mail” adresimə atılıb.  Həmin görüntüləri mediayada yayanlar isə cəzalandırılacaq”.