Cem Adrian Bakıda - Tünzalə ilə görüşdü

cem-adrian-bakida
Oxunma sayı: 1764

Ötən gün türkiyəli müğənni Cem Adrian Azərbaycana gəlib.  “Qafqazinfo” xəbər verir ki, o, Bakının məşhur klublarının birində konsert proqramı ilə çıxış edib.  

Konsertdə Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva da iştirak edib. O, Cemlə görüşərək şəkil çəkdirib, instaqram hesabında paylaşıb. 

“Kiməsə bənzəməyən sənəkarlar dünyaya sənətkarlıqla gəlir. Türkiyə müasir musiqisində ən fərqli, olduqca yüksək musiqi duyumlu, öz tərzi olan və işinin peşəkarı Cem bəy, Bakıya xoş gəlmisən. Əla bir konsert oldu, zövq aldım”- deyə Ağayeva fotoya şərh yazıb.