Deputat ipoteka güzəştlərini müzakirə etməyə çağırdı

deputat-ipoteka-guzestlerini-muzakire-etmeye-cagirdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili bildirib ki, gənclər və gənc ailələr mənzil təminatı sarıdan xeyli çətinlik çəkirlər: “Elə bir gün yoxdur ki, bizə ipoteka ilə bağlı müraciət olmasın. Gənclər və gənc ailələr öz mənzil şəraitlərini yaxşılaşdırmaq üçün ipoteka kreditlərindən istifadə edə bilmədiklərindən şikayətlənirlər”.

Deputat bildirib ki, bununla bağlı kifayət qədər müzakirələr aparılıb: “Bildiyiniz kimi, bu məsələ ən çox gəncləri maraqlandırır. Qanunun qəbulunu tezləşdirmək lazımdır, cəmiyyətdə buna ehtiyac var”.