Din xadimləri üçün kurs

din-xadimleri-ucun-kurs
Oxunma sayı: 972


“Qafqazinfo”ya daxil olan məlumata görə, ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakıda və Zaqatalada təşkil olunub və növbəti təlim kursu yanvar ayının 28 və 29-da Şirvan və Şimal-Qərb bölgələri üzrə Ağdaş rayonunda keçirilib.

Ağdaşda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş 50-dən çox din xadimi, dini icma sədri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunmuş iki günlük kursda ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri “Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları”, “Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər”, “Dini radikallığın yaranma səbəbləri və təzahür formaları”, “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları”, “Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları”, “Dini radikalizmlə mübarizədə dünya təcrübəsi” və digər aktual mövzularda mühazirələr oxuyublar.

Kursun açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.