Dini partiyaların qurulmasına qoyulan qadağa götürüldü

dini-partiyalarin-qurulmasina-qoyulan-qadaga-goturuldu-
Oxunma sayı: 644

“Azerimuslims.com” “Frans-Press” informasiya agentliyinə istinadən bildirir ki, Liviyanın Milli Kieçid Şurası (MKŞ) ölkədə dini, qəbilə və etnik əsaslara söykənən partiyaların yaradılmasına qoyulan qadağanın ləğv edildiyini bəyan edib.

Qadağanın ləğvini şərh edən MKŞ rəsmisi əvvəlki qərarın ölkə ictimaiyyətinin reaksiyasını öyrənmək məqsədilə qəbul edildiyini deyib. Agentliyin məlumatında Liviyada bir müddət əvvəl qəbul edilən dini əsaslara söykənən partiyaların yaradılmasının qadağan olunmasına dair qərarın ölkənin müsəlman siyasətçilərinin kəskin etirazına səbəb olduğu vurğulanıb.

Xarici KİV bununla da Liviyada iyul ayında keçiriləcək seçkilərdə qəbilə, etnik və dini əsaslara görə yaradılan onlarla partiya və hərəkatların iştirakı ilə Milli Məclisə seçkilərin keçiriləcəyini yazıb.