Dövlət Neft Fondu bu il hərracda 2,5 milyard dollar satıb

dovlet-neft-fondu-bu-il-herracda-25-milyard-dollar-satib
Oxunma sayı: 838

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında 2 milyard 486 milyon ABŞ dolları həcmində vəsait satıb.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Fondundan bildirilib. Qeyd olunub ki, 2016-cı ilin eyni dövründə isə hərraclarda satılan vəsait 3 milyard 963 milyon ABŞ dolları təşkil edib.