Dünyanın ən varlı qadını bilindi

dunyanin-en-varli-qadini-bilindi
Oxunma sayı: 650

“Media forum” saytı xəbər verir ki, ən varlı qadının avstraliyalı Corcina (Cina) Raynhart olduğu elan edilib. Raynhartın 28,50 milyard ABŞ dolları həcmində var-dövlətə malik olduğu bildirilir.

Raynhartın var-dövləti atası Lenq Henkokdan miras qalıb. Lenq Henkok “Henkok prospektinq” şirkətinin banisi, Qərbi Avstraliyada dəmiryolu şirkətlərinin sahibi olub. 20 il bundan qabaq atasının mirasına sahib olan Raynhart bu var-dövləti fəal və uğurlu şəkildə artırmağa nail olub.

Dəmir filizi mədənlərinə sahib olan 58 yaşlı qadının dörd uşağından üçü onu məhkəməyə verib. Övladlar ananın “Henkok prospektinq” şirkətində varis statusundan məhrum olunmasını istəyir. Əgər onlar buna layiq olsalar, Raynhartın var-dövləti dörd dəfə azalacaq.
Raynhartdan sonra ən varlı qadın “Uol_mart” ticarət imperiyasının mərhum qurucusu Con Uoltonun dul qalmış arvadı Kristi Uoltondur. Onun 25,3 milyard dolları var.