Əl-Abadi Bərzaninin təklifini rədd etdi

el-abadi-berzaninin-teklifini-redd-etdi
Oxunma sayı: 1874

İraqın Baş naziri Heydər əl-Abadi İraq Kürd Regional Hökumətinin 25 sentyabr referendumunun qeyri-qanuni olduğunu təkrarlayaraq, dialoqun mümkün olmayacağını bildirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, mübahisəli ərazilərdə təhlükəsizliyi təmin etməyin mərkəzi hakimiyyətin səlahiyyətinə daxil olduğunu deyib.

Baş nazir peşmərgə qüvvələrini federal hakimiyyət qüvvələri ilə qarşıdurmaya getməməyə çağırıb:

“Neft məsələsinə gəlincə, İraqdakı neftin hamısı İraq xalqınındır. Son zamanlar gündəmə konfederasiya iddiaları gətirilir. Konfederasiya mövzusu konstitusiyanın dəyişdirilməsi və parlamentin üçdə birinin razılığını tələb edən bir vəziyyətdir. Amma bu, olmayacaq. Bütün dünya liderləri İraq federal hakimiyyətinin ölkə ərazisində nəzarəti bərpa etmək missiyasını dəstəkləməlidir”.

Qeyd edək ki, İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani İraqla danışıqlar aparmağa hazır olduğunu açıqlamışdı.