“Embawood”un 15 illiyi münasibəti ilə tədbir keçirilib

embawoodun-15-illiyi-munasibeti-ile-tedbir-kecirilib
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, tədbiri açan “Embawood” şirkətinin direktoru Elşad Abbasov 1996-cı ildən fəaliyyət göstərən şirkətin 15 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb: “1993-cu ildən stabillik, daha sonra isə inkişaf yoluna qədəm qoymuş respublikamızda bu müddət ərzində bir çox sahələr sürətlə inkişaf etməyə başladı. Bunların sırasında mebel istehsalı sahəsi də özünün artım periodundadır. Bu gün “Embawood” şirkətinin satış şəbəkəsi 10 ölkədə 200-dən artıq mağazadan ibarətdir”.

Tədbirə qatılan Azpromo-nun icraçı direktoru Adil Məmmədov da son 20 il ərzində ölkənin əldə etdiyi iqtisadi nailiyyətlərdən, o cümlədən sahibkarlıq sahəsinin dinamik inkişafından danışıb.
Qeyd edək ki, tədbir çərçivəsində “Embawood” tərəfindən istehsal edilən məhsulların satış sərgisi də təşkil olunub. Sərgi 2 gün davam edəcək. Sərginin yekununda – dekabrın 21-də Heydər Əliyev İdman Sərgi kompleksində konsert keçiriləcək.
Nigar Məmmədli