Ən ehtiraslı cütlük sevişmə səhnələrindən danışdı - Fotolar

en-ehtirasli-cutluk-sevisme-sehnelerinden-danisdi
Oxunma sayı: 8690

Türkiyədə internet vasitəsilə yayımlanan “Fi” serialının baş rol qəhrəmanları- Sereney Sarıkaya ilə Mehmet Günsür son günlər sevişmə səhnələri ilə müzakirələrə səbəb olublar.

“Qafqazinfo” xəbər verir ki, hər iki məşhur “Hurriyet”in müxbiri ilə görüşərək serial və bu fonda münasibətləri ilə bağlı maraqlı açıqlamalar veriblər, eləcə də bir-birindən ehtiraslı şəkillər çəkdiriblər.

Sarıkaya ilə Günsür həyatda bundan öncə bir neçə dəfə qarşılaşdıqlarını, lakin ilk dəfə eyni layihədə rol alıqlarını bildiriblər: “İkimizin də enerjisi üst-üstə düşür. Studiyaya pozitiv enerji ilə gəlib, çəkilişə başlamazdan əvvəl hər kəsi öpüb-qucaqlayıb sonra işimizə başlayırıq”.

Cütlük serialda sevişmə səhnələrinin çox yer almasından da danışıb.

Serenay Sarıkaya: “Duru və Dəniz iki sevgilidir. Onların hekayədə qarşıdurmalarının, eləcə də yaxınlaşmalarının şahidi oluruq. O səhnələr “Fi”ni tamamlamır. Biz orda tamamilə başqa bir hekayəni anladırıq. Onsuz da serialı izləyənlər bunun fərqindədirlər”.

Mehmet Günsür: “Çox təəssüf ki, bu, ölkəmizdə hələ də mövcud problemlərdən biridir. Bu vəziyyətin yalnız təhsillə düzələ biləcəyini düşünürəm”.