Əsgər əsgəri ürəyindən bıçaqladı

esger-esgeri-ureyinden-bicaqladi
Oxunma sayı: 2692


APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində qeydə alınıb.

Quba rayonundan həqiqi hərbi xidmətə çağırılan, 19 yaşlı Zaur Rüstəmov mübahisə zəminində əsgər yoldaşı, Xətai rayonundan hərbi xidmətə çağırılan Surxay Muradovu bıçaqlayıb. Yaralı əsgər ürək nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.