Evlilik haqda suala belə cavab verdi

evlilik-haqda-suala-bele-cavab-verdi
Oxunma sayı: 1617


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murat Boz, Burak Özçivit və sevgilisi Fahriyə Evcən Arnavutköy Balıkçısında birlikdə şam edib. Restorandan çıxarkən jurnalistlərlə söhbət edən məşhurlar bu yeməklərin ənənəvi hal aldığını bildiriblər. 

Boz müxbirlərin “Həmişə sizi üçlükdə görürük. Nə zaman yanınızda birini görəcəyik?” sualına yalnız gülməklə cavab verib. 

Özçivit və Evcen cütlükləri isə evlilik suallarını “İndi polis cəza yazacaq” deyərək cavablandırmayıb. Evcenin səsini də çox bəyəndiyini söyləyən Boz “O səs Türkiyə” yarışmasına qatılsa, Evcən üçün dönərdim” deyə qeyd edib. 

Qeyd edək ki, Murat Boz və Burak Özçivit birlikdə film çəkməyə hazırlaşır. 

Könül