Fuad Qəhrəmanlının qızına hücumla bağlı - DİN-dən açıqlama

Fuad Qəhrəmanlının qızına hücumla bağlı
Oxunma sayı: 5562

Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə edilən hücumla bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşlar qarşılaşdıqları kriminal xarakterli əməllər, hüquq pozuntuları ilə bağlı nazirliyin “102 Xidməti”nə müraciət etməlidirlər: “Bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib. Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılsa da, həmin videoda qeyri-etik ifadələr yer aldığı üçün yayımlamırıq. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi