Füzuli Ələkbərov sosial müdafiəni gücləndirir

fuzuli-elekberov-sosial-mudafieni-guclendirir
Oxunma sayı: 643

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Fizuli Ələkbərov yaxın vaxtlarda əlillər üçün müasir tipli müəssisələrin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinilik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzlərinin və Sosial Sığınacaqların inşasına hazırlıq işlərinin aparıldığını bildirib.

F. Ələkbərov əlillərlə bağlı həyata keçirilən tədbirlərdə ənənəvi iş təcrübəsi ilə bərabər, mütərəqqi beynəlxalq təcrübədən geniş istifadə olunması, aktiv məşğulluq tədbirlərinin təşkilində işəgötürənlərin daha fəal iştirakına şərait yaradılması, vakansiyalar haqqında məlumatların vaxtlı-vaxtında toplanması, vətəndaşların əmək hüquqlarının daha etibarlı şəkildə qorunması, həmçinin uşaq əməyinin istismarı hallarının qarşısının alınması və qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Nigar Məmmədli