Gənclər Budapeştdə toplaşacaq

gencler-budapestde-toplasacaq
Oxunma sayı: 645

Bu barədə “Qafqazinfo”ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Təşkilatın sədri, Milli Məclisin deputatı Fuad Muradovun sədrliyi ilə keçiriləcək iclasda cari məsələlər müzakirə olunacaq və ötən il Astanada keçirilmiş Üzvlər Şurasının iclasından bu günə qədər görülən işlər barədə hesabat təqdim olunacaq. İclasda təşkilatın 2014-cü il üçün fəaliyyət planı təsdiq ediləcək.

Budapeştdə keçiriləcək iclasda “Böyük İpək Yolu” BGT-də müşahidəçi statusuna namizədliyi irəli sürülən Bolaqrıstan, İtaliya, İspaniya, Cənubi Koreya, İsrail və Bəhreyndən olan nümayəndə heyətinin təqdimatı olacaq.

Budapeşdtəki iclasa qonaq qismində “PanAfrika” Gənclər İttifaqı, “Gənclər Fəaliyyətdə” Proqramı üzrə Polşanın Milli Agentliyi, SALTO -Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi, Dünya Gənclər Assambleyası iştirak edəcək.

Macarıstanda keçirləcək tədbir çərçivəsində “Böyük İpək Yolu” BGT-nin Macarıstan parlamentində bir sıra görüşləri planlaşdırlırıb.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin işitrakı ilə Bakıda təsis olunub. Milli Məclisin deputatı Fuad Muradov qurumun sədri seçilib.