Güləşçilərimiz Avropa Millətlər Kubokunda yarışacaq

gulescilerimiz-avropa-milletler-kubokunda-yarisacaq
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, “Avropa Millətlər Kuboku” yarışı 9-11 noyabr tarixlərində Moskva şəhərində keçiriləcək. Reqlamentə əsasən, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında komanda hesabında 1-6-cı yerləri tutan ölkələr iştirak edəcək.

Qadın güləşçilərimiz ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun, Yunan-Roma güləşi üzrə yığma komandamız isə böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında təmsil edəcək. Yarışın proqramına əsasən, noyabrın 9-da qadın güləşçilər, noyabrın 10-11-də isə sərbəst və yunan-Roma güləşi üzrə komandalar mübarizə aparacaq. Qadın güləşçilərin yarışında Azərbaycan güləşçiləri Rusiya, İsveçrə, Ukrayna, Polşa və Rumıniya təmsilçiləri ilə qurşaq tutacaq. Yunan-Roma güləşi üzrə yarışlarda isə, Azərbaycanın rəqibləri Rusiya, Bolqarıstan, Macarıstan, Ukrayna və Ermənistan komandaları olacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və İnitqam Əliyev təmsil edəcək.

Sevinc