Gürcüstan konsertini təxirə saldı - Ölkədəki vəziyyətə görə

gurcustan-konsertini-texire-saldi
Oxunma sayı: 2636

“A-Studio” qrupunun solisti Keti Topuriya iyulun 27-də Gürcüstanın Batumi şəhərində baş tutmalı olan konsertini təxirə salıb. “Qafqazinfo” xəbər verir ki, ifaçı bu barədə “Sputnik Gürcüstan”a danışıb.

“Hər şey yoluna düşməyənə qədər biz onun təxirə salmışıq”, - deyə müğənni bildirib.

Topuriyanın sözlərinə görə, buna səbəb Gürcüstandakı qeyri-stabil vəziyyətdir.

Qeyd edək ki, K. Topuriya Gürcüstanda anadan olub. O, 2005-ci ildən “A-Studio” qrupunun solistidir.