Gürcüstanda prezident seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək

gurcustanda-prezident-seckilerinin-ikinci-turu-bu-tarixde-kecirilecek
Oxunma sayı: 2375

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, seçkilərin növbəti mərhələsi noyabrın 28-də olacaq. 

Qeyd edək ki, birinci turda prezidentliyə 25 nəfər namizədlik irəli sürmüşdü. Salome Zurabişvili seçicilərin 38,64%,  Qriqor Vaşadze isə 37,74% səs toplamışdı. Prezidentin seçilməsi üçün isə seçicilərin 50%-nin səsini toplamaq lazım idi.