Hakim irad tutdu, Qurbanov bu paltarı geyindi - Foto

hakim-irad-tutdu-qurbanov-bu-paltari-geyindi
Oxunma sayı: 1759

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçında maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçın 4-cü hakimi Filippo Melinin göstərişindən sonra köynəyinin üstündən futbolçuların məşq zamanı istifadə etdiyi geyimi geyinib.

Buna Qurbanovun köynəyinin üstündə hansısa reklam tərkibli yazının olmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, matç “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.