Hande məşhur kanalın müxbirini qovdu - Aləm qarışdı

hande-meshur-kanalin-muxbirini-qovdu
Oxunma sayı: 1934

Türkiyənin pop ulduzu Hande Yener İzmirdə yeni bir qalmaqala imza atıb.  Belə ki, sənətçi müxbirlərin suallarını cavablandırarkən “Duymayan Kalmasın” verilişinin əməkdaşı ilə gərgin anlar yaşayıb. 

“Qafqazinfo” xəbər verir ki, Hande mühafizə xidmətindən kömək istəyərək Selçuk İncinin yanından kənarlaşdırılmasını istəyib. Yenerin “Bu dostu mənim yanımdan  uzaqlaşdırın” deməsindən sonra müxbiri zorla səhnədən aşağı endiriblər. 

Hande “Söhbətimiz çayxanaya çevrildi. Səbəbini də bilirəm, önəmli deyil. Suallardan narahat olmadım, onların burada varlığı məni narahat etdi. Dostumuz mənim müsahibəmi heç etdi. Onun kimin adamı olduğunu gözəl bilirəm, həmin kanalla əməkdaşlıq etmirəm. Qadağan olunmuş müxbirlər mənim olduğum yerə girməsinlər” deyə bildirib. 

Daha sonra məlum olub ki, Hande ilə eyni tədbirdə Demet Akalın da çıxış edib. Həmin müxbir təyyarədə onun əzəli rəqibi Akalınla birgə gəlib. 

Bu məqamda bildirək ki,  S. İnci  sənətçinin küsülü olduğu Seren Serengilin aparıcılıq etdiyi verilişinin və Star TV-nin əməkdaşıdır.