“Heç bir şikayət daxil olmayıb”- - Qərib Məmmədov

hec-bir-sikayet-daxil-olmayib-
Oxunma sayı: 999


“Qafqazinfo”nun məlumatına görə, Q.Məmmədov deyib ki, bələdiyyələr hüquqi status aldıqdan sonra komitə müvafiq yerli icra hakimiyyəti ilə birgə onların ərazilərinin və mülkiyyətinə verilən torpaq sahələrinin hüdudlarını, ölçülərini müəyyənləşdirərək lazımi yer quruluşu sənədləri əsasında təhvil verib.

O bildirib ki, ölkədə korrupsiyaya qarşı qətiyyətlə həyata keçirilən mübarizə tədbirlərindən biri də torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsidir: ”Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, torpaq hərrac və müsabiqələrinin təşkili məqsədilə müvafiq komissiyaların yaradılması komitəyə həvalə edilib. Bu komissiyalar tərəfindən 2008-2014-cü illərdə keçirilmiş 13 minədək hərrac-müsabiqə ilə bağlı vətəndaşlardan heç bir şikayət daxil olmayıb”.

Komitə tərəfindən 292 bələdiyyənin ərazi sərhədlərinin dəqiqləşdirilməsi və xəritələrin hazırlanması işlərinə başlandığını vurğulayan Qərib Məmmədov Bələdiyyələrlə İş Mərkəzi və yerli icra hakimiyyətlərinin iştirakı ilə institusional biliklərin artırılması istiqamətində yerlərdə keçirilən seminar-məşğələlərin müsbət nəticə verdiyini qeyd edib.