Heyvan sahiblərinə müraciət

heyvan-sahiblerine-muraciet
Oxunma sayı: 3011

Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə müraciət edib. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, iribuynuzlu heyvanlarda (inək, camış və zebu) ağır və iti formada gedən qan-parazitar xəstəliklərini törədən parazitotropa (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) qarşı çimizdirilmə tədbirinin aparılması vacibdir.

Burada əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir. Bunun üçün heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilməlidir. Həmçinin, profilaktik məqsədlə aparılan bütün baytarlıq tədbirləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.

Bildirilib ki, qeyd olunan tələblər gözlənilmədiyinə görə bu günlərdə Astara rayonunu Şüvü kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus təsərrüfatda 78 baş iribuynuzlu heyvanın tələf olub, 25 baş heyvan simtomatik müalicə edilib.

Onu da qeyd edək ki, əgər heyvalar arasında şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət edə bilərsiniz.