Hindistanda maşın aşdı, toya gedən 20 qonaq öldü

hindistanda-masin-asdi-toya-geden-20-qonaq-oldu
Oxunma sayı: 709

Hindistanda yük maşını quru çay yatağına aşıb. Nəticədə azı 20 nəfər ölüb, 30-u isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yük avtomobilindəki insanlar digər şəhərdəki toy mərasiminə gedirdilər. Lakin idarəetməni itirən sürücü baryerə çırpılaraq 30 metrlik hündürlükdən aşıb.