İki ton kokain daşıyan gəmi saxlanılıb

iki-ton-kokain-dasiyan-gemi-saxlanilib
Oxunma sayı: 1361

Kosta-Rika sahillərinə tonla narkotik daşıyan gəmi saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli gəmi Sakit Okeanda, ölkə sahilindən 150 km aralıda tutulub. Gəmiyə baxış zamanı içərisində 2 ton kokain olduğu məlum olub. Əməliyyat ABŞ-dan alınan məlumatlar əsasında aparılıb. Bildirilir ki, sərhəd mühafizəçiləri narkotiki müsadirə edib,  Kolumbiya vətəndaşı olan 3 ekipaj üzvünü saxlayıblar.

Aysel Kərimova