İlham Əliyev səfir və fəxri konsul təyin etdi

ilham-eliyev-sefir-ve-fexri-konsul-teyin-etdi
Oxunma sayı: 3633

Prezident İlham Əliyev Oktay Sudef oğlu Qurbanovun Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Elşən Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib.