“İnter” “qara zolaq”dan çıxa biləcəkmi?

inter-qara-zolaqdan-cixa-bilecekmi
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ÇL-də baş tutacaq iki oyunla 1/8 final mərhələsinilk oyunları başa çatacaq. Qrup mərhələsində “Mançester Yunayted”i qabaqlamaqla hər kəsi təəccübləndirən “Bazel” Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək. İsveçrə klubunun heyətində Xerdan Şaqirinin yayda transfer olunacağı “Bavariya” ilə qarşı-qarşıya gəlməsi maraq doğurur. Həmçinin ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində üzləşən komandaların hər iki görüşü Münhen təmsilçisinin qələbəsi ilə başa çatmışdı (3:0, 2:1).

Digər görüşdə isə “Olimpik Marsel”lə Milanın “İnter” klubu üz-üzə gələcək. Tərəflərin son oyunlardakı göstəricilərinə nəzər salsaq, fransızların daha yaxşı formada olmasını deyə bilərik. Marsel təmsilçisi son 10 rəsmi oyunda 8 qələbə və 2 heç-heçəyə imza atıb. Ağır günlərini yaşayan “neradzurra” isə son 6 oyunda 5 dəfə məğlub olub, 1 dəfə heç-heçə edib.

Avropa Liqasında isə 1/16 final mərhələsinin 1 cavab görüşü keçiriləcək. “Mançester Siti” doğma meydanda “Portu”nu qəbul edəcək. İlk görüş 2:1 hesabı ilə “şəhərlilər”in xeyrinə başa çatıb.

22 fevral

ÇL

23:45. "Bazel" (İsveçrə) - "Bavariya" (Almaniya)
23:45. "Marsel" (Fransa) - "İnter" (İtaliya)

AL

21:00. "Mançester Siti" (İngiltərə) - "Porto" (Portuqaliya) (ilk oyun - 2:1)

Ceyhun Əhmədov