İran qadın idmançıları cəzalandırdı - İslama zidd geyiniblər

iran-qadin-idmancilari-cezalandirdi
Oxunma sayı: 1276

İran Bilyard Federasiyası Çində keçirilən sərbəst bilyard müsabiqələrinə qatılan qadın idmançıları İslami geyim qaydalarına zidd geyindiklərinə görə cəzalandırıb.

“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, idmançılar 1 il ərzində ölkə daxilində və xaricdə keçiriləcək bütün müsabiqələrdən kənarlaşdırılıblar. 

Federasiya cəzalandıran idmançıların adını hələ ki, açıqlamayıb.