İraqda olan millət vəkilindən yeni xəbər

iraqda-olan-millet-vekilinden-yeni-xeber
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı İraq millət vəkilləri Qənirə Paşayevaya İraqdakı vəziyyət, türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə məlumatlar veriblər. Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhfəsini verəcəyini qeyd edib: “İraq Türkmən Cəbhəsinin Sözcüsü, Yürütmə Qurumunun və Kərkük İl Məclis üzvü Əli Mehdiyə qarşı sui-qəsd, onun evinin önündə yerləşdirilən bombaların partladılması nəticəsində 1 nəfərin həlak olması, 15 nəfərin yaralanmasından azərbaycanlılar da kədərləndilər”.

Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.

Millət vəkili görüş iştirakçılarına Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib. Azərbaycanı sevdiklərini bildirən Türkmən millət vəkilləri məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini və edəcəklərini söyləyiblər.