İstefa verən nazirin ölkədən qaçdığı deyilir

istefa-veren-nazirin-olkeden-qacdigi-deyilir
Oxunma sayı: 635

"Qafqazinfo"nun xarici mətbuata əsasan verdiyi məlumata görə, hazırda nazirin tutulması tələbi ilə ölkənin bir neçə yerində etiraz aksiyaları alovlanıb. Tələbələrdən ibarət etiraz aksiyası isə nazirin yaşadığı Sabutalo rayonunda davam edir. Aksiya iştirakçıları nazirin qaçması barədə xəbərlərin yayıldığını bəyan edir və nazirin tezliklə tutulub məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Xatırladaq ki, Gürcüstan daxili işlər naziri sentyabrın 18-də telekanalların birində gedən video süjetlərdən sonra istefa vermək qərarına gəlib. Həmin videolarda həbsxanaların birincə nazirin göstərişi ilə məhbuslara edilən təcavüz və zorakılıqlar göstərilirdi. Videolar telekanala adı çəkilən həbsxananın keçmiş əməkdaşı Vladimir Bedukadze tərəfindən təqdim olunubmuş.

Raminə