İstilik niyə kəsilib?

istilik-niye-kesilib
Oxunma sayı: 1544

Bakıda istilik mövsümünə noyabrın 15-dən başlanılsa da, hələ də bəzi binalarda problem mövcuddur. Yeni Yasamal 2 və Xətai rayonu Gəncə prospekti 95-ci binanın sakinləri “Qafqazinfo”ya istiliklə bağlı müraciət edib. Onlar mənzillərdə 2 gündür istiliyin olmadığını bildiriblər. 

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev “Qafqazinfo”ya açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, Gəncə prospekti 95-də istiliyin olmamasından  xəbərdardırlar:

“ Həmin binada istiliyin kəsilməsi bizdən asılı olmayan səbəblərdən baş verib. Mənzillərdə dövriyyə düz getmədiyi üçün hazırda suyu bağlayıb, bir-bir blokları yoxlayırıq. Orada heç bir problem yoxdur. Biz suyu binaya veririk mənzillərdə su itkisi olduğuna görə təzyiq aşağı düşür, qazanxana dayanır. Hazırda yoxlama gedir və tezliklə həll olunacaq. 

Yeni Yasamal 2 binası isə istilik alan binadır. Ola bilsin ki, hansısa mənzildə problem var. 

Bir daha qeyd edirəm ki, bu gün istilik almayan binamız yoxdur”.

Röya Seyfulla