İsveçrənin təmsilçisi məlum oldu

isvecrenin-temsilcisi-melum-oldu
Oxunma sayı: 634

Trend-in bazar günü "Eurovision 2012"-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu axşam İsveçrənin "Eurovision 2012" mahnı müsabiqəsi üzrə milli seçim turunun final mərhələsi Kreuzlingen şəhərində keçirilib.

Seçimin qalibi iki qardaşın "Sinplus" adlı qrupu olub və "Eurovision 2012" mahnı müsabiqəsi üçün seçilən ilk mahnının adı "Unbreakable" olub.

"Sinplus" İvan and Qabriel qardaşları tərəfindən yaradılan qrupdur.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.