Keçmiş prezident də Tbilisidəki aksiyalara qoşuldu - Video + Yenilənib

kecmis-prezident-de-tbilisideki-aksiyalara-qosuldu
Oxunma sayı: 3373

Tbilisidə aksiyaların 6-cı günüdür.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu dəfə parlament binası önünə çadırlar qurulub. Hazırda binanın önünə 200-dək etirazçı toplaşıb. Aksiyaçılar vətənpərvərlik mahnıları oxuyur, nitq söyləyirlər. 

Qeyd edək ki, rusiyalı deputatların Gürcüstana gəlişindən sonra iyunun 21-dən Tbilisidə etiraz aksiyaları keçirilir. Onlar  Daxili İşlər naziri Georgi Qaxarianın istefasını, aksiyalarda tutulanların sərbəst buraxılmasını tələb edirlər.

***

Parlament binası önündə aclıq aksiyasına başlayan Qvantsa Arevadze adlı qız özünü pis hiss etdiyindən təcili yardımla xəstəxanaya çatdırılıb.

***

Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili də aksiya iştirakçılarına qoşulub. O, çıxış edərək Gürcüstanın beynəlxalq tərəfdaşlarını diqqəti bu ölkəyə yönəltməyə çağırıb. Marqvelaşvili “gəlin və yeni gürcüstanı görün” deyə çağırış edib.