Kriştianu Ronaldo ÇL tarixinə düşdü

kristianu-ronaldo-cl-tarixine-dusdu
Oxunma sayı: 2727

“Yuventus”un futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının tarixinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı ulduz turnirdə 100 qələbə qazanan ilk futbolçu olub.

Yubiley qələbəsi “Valensiya” ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. “Yarasalar”la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mandzukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.

Ronaldo Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir.