Azərbaycan millisi Gürcüstanla üz-üzə

azerbaycan-millisi-gurcustanla-uz-uze
Oxunma sayı: 286

Tbilisidə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, komanda Gürcüstan yığması ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.

Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş matçda meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan yığması daha 2 yoldaşlıq oyununa çıxacaq. Yığmamız aprelin 13-də və 15-də Aktauda Qazaxıstanla qarşılaşacaq.