“M Group Production” 15 yaşını qeyd edir - Foto

m-group-production-15-yasini-qeyd-edir
Oxunma sayı: 2003

Əməkdar artist Murad Dadaşovun təsisçisi və rəhbəri olduğu “MGP” (“M GROUP Production”) 15 yaşını qeyd edir. 

"Qafqazinfo" xəbər verir ki, “MGP” 7 fevral 2003-cü ildə yaranıb. “MGP”nin (“M GROUP PRODUCTION”) əsasında rəhbərlik və əməkdaşlar daxil olmaqla media sahəsində təcrübə və bacarığa malik komanda dayanır.

Yaradıcı qrupun televiziya məkanının ən böyük verilişlərində iş təcrübəsi, eyni zamanda, əyləncəli və maarifləndirici verilişlərin, meqalayihələrin hazırlanması və populyarlaşdırılması sahəsində təcrübəsi var.

Şirkət bu vaxta qədər bir sıra telelayihələri uğurla başa vurub. "Mərc Şou" və "Bu Da Bu" layihələri artıq yekunlaşıb, "Maşın" Realiti Şou və dünyaşöhrətli "Davam Ya Tamam" layihələri isə davam edir. 

Nigar

"MGP" 15 illik yubileyi münasibətilə il boyu maraqli layihələr və tədbirlər edəcək.