Məşhur di-cey öldü

meshur-di-cey-oldu
Oxunma sayı: 1990

Di-cey Aviciii adı ilə tanınan Tim Berqlinq dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı isveçli di-cey və prodüser Omanın paytaxtı Məsqətdə ölü tapılıb. Bu barədə onun meneceri Diana Baron məlumat yayıb. Di-ceyin ölümünün səbəbi bilinmir.

Xatırladaq ki, 2014-cü ildə pankreatit xəstəliyi keçirən T.Berqlinqin öd kisəsi və appendisiti götürülmüşdü. O, səhhəti ilə əlaqədar 2016-cı ildən etibarən dünya turlarına çıxmağı dayandırıb.