Müsəlmanlar üçün yeni telekanal - “Əl-RTV”

muselmanlar-ucun-yeni-telekanal-el-rtv
Oxunma sayı: 673

İlk müsəlman ictimai telekanalı islam dininə etiqad edənlər üçün müqəddəs ay olan Ramazan ayında, avqustun 19-da, "Trikolor" kabel televiziyasının paketində yayıma başlayacaq.

Rusiyada müsəlmanların və islamla maraqlanan insanların sayı on milyonlarladır. Onun sözlərinə görə, "Trikolor" bütün ölkəni və yaxın dövlətləri əhatə edən ən kütləvi sistemdir, onun abonentlərinin sayı bir neçə on milyona çatır.

Habelə baş redaktor "Əl-RTV"nin MDB ərazisində yayımlanması imkanları barəsində də danışıb. "Hesab edirəm ki, "Əl-RTV" rus dilinin çox istifadə olunduğu Qazaxıstanda, Azərbaycanda, Qırğızıstanda, eləcə də müsəlmanların kompakt yaşadıqları Krımda maraqlı olacaq", - agentliyin müsahibi bildirib.
O qeyd edib ki, telekanlın işə salınmasına Rusiyada televiziya texnologiyalarının inkişafı kömək edib. Arifcanov habelə telekanala dövlət və aparıcı müsəlman birlikləri tərəfindən dəstəyin vacibliyini qeyd edib.