Nazir nəqliyyat komandanı ilə görüşdü

nazir-neqliyyat-komandani-ile-gorusdu
Oxunma sayı: 636

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər, əməkdaşlıq perspektivləri və Azərbaycanın Əfqanıstanda sülh yaratma əməliyyatlarına tövhəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasının Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə eyni zamanda, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.