Nazirlər Kabinetinin “işçisi”nə cinayət işi açıldı

nazirler-kabinetinin-iscisine-cinayet-isi-acildi
Oxunma sayı: 630

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adlarından istifadə etməklə özünü mövcud olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yardım Məsələləri üzrə Dövlət Komissiyaının üzvü kimi təqdim edib, dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33600 manat pul alması müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanıb.