Nazirlik sabah antisanitariya konfransı keçirəcək

nazirlik-sabah-antisanitariya-konfransi-kecirecek
Oxunma sayı: 1000

Xəstəxanadaxili infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə,  bu məqsədlə  sabah saat 09:30-da Bakı Biznes Mərkəzində Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının  “AZDAS-2018”  Konfransı keçiriləcək. 

Konfransın proqramında Səhiyyə Nazirliyinin  Baş Epidemioloqu  t.e.d., prof. İbadulla Ağayev, bu sahədə dünyanın ən öndə gələn qurumu WFHSS (World Federation for Hospital Sterilisation Sciences) fəxri prezidenti Villi Renders, WFHSS vitse prezidenti və Türkiyənin DAS (Dezenfeksiyon Antisespis Sterilizasyon Dərnəyi) rəhbəri Duyğu Perçin, Fransanın “Anios Laboratories” şirkətinin region üzrə meneceri xanım Esra Pehlivan və AZDAS-ın (Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya  Assosiasiyası) idarə heyətinin üzvü MKX İnfeksiyaya Nəzarət komitəsinin sədri Yaqut Qarayeva çıxış edəcəklər. 

22 fevral tarixində isə Milli Onkologiya Mərkəzində həmin mühazirəçilərin çıxışları ilə “Xəstəxanadaxili  İnfeksiyalara Nəzarətin  Müasir Üsullara və Dəyişən Tibbi Müdaxilələrə Uyğun Qayda və Normativlərlə Tənzimlənməsi” adlı Seminar planlaşdırılır.