“Neftçi” 3 futbolçusunu transferə çıxardı

neftci-3-futbolcusunu-transfere-cixardi
Oxunma sayı: 649

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın böyükhesablı məğlubiyyətinin səbəbləri araşdırılaraq, yekdilliklə klub prezidentinə təqdimat verilib. Bundan başqa, bu gün Bakıya qayıtdıqdan dərhal sonra "Neftçi" PFK-nın bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə klubdaxili iclas keçirilib. İsrail təmsilçisinə məğlubiyyətə görə klubun futbolçularına ciddi şəkildə xəbərdarlıq edilib. Həmçinin məşqçilər korpusunun təqdimatına əsasən, klub prezidentinin sərəncamı ilə son oyunlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi və Çempionlar Liqası kimi mötəbər yarışa məsuliyyətsiz yanaşmaları nəzərə alınaraq, "Neftçi" PFK-nın kapitanı Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyev transferə çıxarılıb.

"Neftçi" üzvləri klubun rəsmi saytı vasitəsilə Azərbaycan xalqından məğlubiyyətə görə üzr istəyib və cavab görüşündə, eləcə də Avroliqanın "pley off" oyunlarında "Neftçi" adına layıq futbol nümayiş etdirərək azarkeşləri sevindirməyə inandıqlarını bildiriblər.