Obama ilə xanımı xatirələrindən 60 milyon qazanacaqlar

obama-ile-xanimi-xatirelerinden-60-milyon-qazanacaqlar
Oxunma sayı: 1368

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Becoming” adlı memuarlar kitabı Amerikanın bestselleri siyahısına düşüb.

“Qafqazinfo” “FoxBusiness”ə istinadən xəbər verir ki, "Penguin Random House” nəşriyyatı Obamalarla 2 kitabın çapı hüquqları ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən müəlliflər 60 milyon dollar qonorar əldə edəcəklər. İkinci xatirələr kitabını isə keçmiş prezident Barak Obama yazacaq. 

Barak və Mişel Obama 60 milyon dolları xeyriyyə məqsədilə xərcləyəcəklər.