“On dəqiqəlik əməliyyat idi…” - Rafael danışdı

on-deqiqelik-emeliyyat-idi
Oxunma sayı: 4917

Xəbər verdiyimiz kimi, əməkdar artist Rafael İsgəndərov əməliyyat olunub. Bu barədə "Bu şəhərdə"nin instaqram səhifəsində məlumat verilib. 

“Qafqazinfo” xəbər verir ki, yayılan xəbərlərdən sonra aktyorun oğlu Fuad İsgəndərov sosial şəbəkədə atasının video açıqlamasını yayıb. 

Görüntülərdə aktyorun əməliyyat olunma səbəbi məlum olmasa da, səhhətinin normal olduğu qeyd edilib:

“Hər şey yaxşıdır, küşür Allaha ki, ayaq üstdəyəm. 10 dəqiqəlik endoskopik əməliyyat idi. Narahat olmayın, diqqət göstərən hər kəsə təşəkkürlər”.