Ötən il yol qəzalarında 750 nəfər ölüb

oten-il-yol-qezalarinda-750-nefer-olub
Oxunma sayı: 708

“Son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu sözü DYP rəisi, polis general-mayoru Ramiz Zeynalov hesabat çıxışında deyib.

O bildirib ki, ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb. Bu da 2016-cı illə müqayisədə hadisələrin 8.6, həlak olanların 1.2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.

Yol polisinin əməkdaşları tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlərlə” tapılması təmin edilib”.

Baş idarə rəisi xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da mövcudluğunu etiraf edib.

Murad Əhməd