“PAŞA Həyat Sığorta” 2012-ci ilin yekunlarını açıqlayıb

pasa-heyat-sigorta-2012-ci-ilin-yekunlarini-aciqlayib
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, konfransda şirkətin ötən il ərzində topladığı yığımlar, verilən sığorta ödənişləri, 2012-ci ildə şirkətin sığorta bazarındakı mövqeyi, ötən ildə əldə etdiyi nailiyyətlər, həmçinin görülmüş işlər barədə ətraflı məlumat verilib.
“PAŞA Həyat Sığorta” ASC-nin Marketinq və PR üzrə mütəxəssisi Elnur Hüseyinquliyev bildirib ki, 2011-ci illə müqayisədə 2012-ci ildə şirkətin topladığı sığorta haqlarının həcmi 80% artaraq 14,697 mln. manata, sığorta riskləri üzrə verilən ödənişlərin həcmi isə təxminən iki dəfə artaraq 360 min manata çatıb. Yığımlarda 9,432mln. manat icbari sığorta növünün, 5,264 mln. manat isə könüllü sığorta növlərinin payına düşüb. Məcmu daxilolmalarda icbari sığorta növünün payı təxminən 64%, könüllü sığorta növlərinin xüsusi çəkisi isə 36%-dək artıb. Ötən ildə şirkət tərəfindən icbari sığorta növü üzrə 9,432 mln. manat, könüllü sığorta növləri üzrə 5,264 mln. manat həcmində sığorta haqları toplanılıb.
Daha sonra ödənişlərin strukturu ilə bağlı məlumat verilib. “PAŞA Həyat Sığorta” ASC-nin İdarə heyətinin sədr müavini Niyaz İsmayılov deyib ki, ötən ildə icbari sığorta növü üzrə (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) 263 min manat, könüllü sığorta növləri (kredit götürən şəxslərin həyat sığortası və həyatın yaşam sığortası) üzrə isə 95,877 min manata yaxın ödəniş həyata keçirilib. Ötən ilin dekabr ayında yalnız bir sığorta hadisəsinə görə şirkət tərəfindən 50 min manata yaxın (icbari) sığorta ödənişi verilib.
Nigar Məmmədli