Peyğəmbərin zamanında məscidlər minarəsiz idi

peygemberin-zamaninda-mescidler-minaresiz-idi
Oxunma sayı: 2345


“Qafqazinfo” islam.az-a istinadən xəbər verir ki, nəinki Peyğəmbərin zamanında, hətta İslamın ilk onilliklərində məscidlərin minarəsi yox idi. Azan verən şəxs ya məscidin, ya da məscid yaxınlığında yerləşən hər hansı uca binanın damına qalxırdı. (Məsələn, Bilali-həbəşi azan vaxtı bu cür edirdi). İlk minarənin tarixi barədə fikirlər fərqlidir. Bəzi məlumatlara görə, ilk dəfə Misir valisi Məsləmə ibn Müxəlləd (vəf. 682) Fustatdakı (köhnə Qahirə) Əmr ibn As camisinin hər küncündə bir minarə tikdirmişdi.