Putinin Qarabağ planı

putinin-qarabag-plani
Oxunma sayı: 2252


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Almaniyanın “Die Zeit” qəzetində Putinin gələcək planları barədə məqalə dərc edilib.

Qəzet yazır ki, Vladimir Putinin hədəfində Dağlıq Qarabağ münaqişəsi də yer alıb. Müəllifin sözlərinə görə, Putin Ukraynanın şərqində daha bir dondurulmuş münaqişə zonası yaratmağı planlaşdırır. Rusiya prezidenti buna nail olsa, gələcəkdə həmin bölgədə separatçılar vasitəsilə döyüş və qarşıdurmalar təşkil edərək Ukraynanı asanlıqla şantaj edəcək.

Müəllif qeyd edir ki, analoji hadisə Putinin kolleksiyasına aid digər dondurulmuş münaqişələrə də aiddir. 

“Putin çalışır ki, Ukraynada qələbə qazansın. Rusiya məğlubiyyətə doğru getsə, digər dondurulmuş münaqişələri – Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı, Azərbaycanda Dağlıq Qarabağ münaqişələrini yenidən alovlandıracaq”, deyə məqalədə qeyd olunur.