“Qarabağ” 6 cavabsız qolla qalib gəldi

qarabag-6-cavabsiz-qolla-qalib-geldi
Oxunma sayı: 2004

Bu gün Topaz Premyer Liqada birinci dövrəyə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, ilin son turunda “Zirə” - “Qarabağ” matçında Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibinə 6 cavabsız qolla qalib gəlib. Bununla da, Qurban Qurbanovun komandası lider “Neftçi” ilə xal fərqini azaldıb.

9 dekabr (bazar)

Topaz Premyer Liqası, 14-cü tur
17:00. “Zirə” – “Qarabağ” - 0:6
Qol: Dani Kintana, 29, 34, Mahir Mədətov, 42, Dani Kintana, 56, Miçel, 82, İlkin Qırtımov, 90+1-avtoqol.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
“Dalğa Arena”