“Qarabağ” azarkeşlərə avtobus ayıracaq

qarabag-azarkeslere-avtobus-ayiracaq
Oxunma sayı: 1282

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq  “Qarabağ” azarkeşlər üçün avtobus ayıracaq.

“Qafqazinfo” xəbər verir ki, Mərdakandakı “Dalğa Arena”da baş tutacaq matça avtobuslar Koroğlu metrostansiyasından yollanacaq. 

Avtobuslar 18:30-19:45 arası “Koroğlu”dan yola düşəcək. 

Qeyd edək ki, “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da start götürəcək.