“Qarabağ” ÇL-dən 32 milyon qazandı

qarabag-cl-den-32-milyon-qazandi
Oxunma sayı: 2187

UEFA Çempionlar Liqasının qrup mərhələsi artıq başa çatdı. “Qafqazinfo” xəbər verir ki, turnirdəki təmsilçimiz  “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurdu. 

Qurban Qurbanovun komandası keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bildi. Ağdam klubu evdə və səfərdə Madrid “Atletiko”sundan xal almağı bacardı. 

Bununla da komandamız qrup mərhələsində də qazanc əldə etdi. Pley-off-da Danimarka “Kopenhagen”ini məğlub edən “köhlən atlar”  12,7 milyon avroya sahib çıxmışdı. 

İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib. 

Üstəlik, marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək. 

Beləliklə, “Qarabağ”ın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro olacaq. 

Bu da 32 milyon manat edir.